Ziko: "Almanlara rahat oynamağa imkan verməməliyik"
Braziliya millisinin sabiq futbolçusu Ziko "DÇ-2014"ün yarımfinalında keçiriləcək Braziliya - Almaniya matçı haqda fikirlərini bildirib.

"The Guardian"a danışan Ziko yığmasının bu görüşdə almanlara rahat oynamağa imkan verməməli olduqlarını deyib:

"Şübhəm yoxdur ki, Almaniya ilə oyunda azarkeşlər Braziliya millisinə böyük dəstək olacaqlar. Bu yığmamızın qələbə şanslarını artıracaq. Almanlara rahat oynamağa imkan verməməliyik. Bu mənada onları gərgin oyun gözləyir".

Qeyd edək ki, Braziliya - Almaniya oyunu sabah, Bakı vaxtı ilə gecə saat 01:00-da başlayacaq.

Xəbər 777 dəfə oxundu.