"Neymarın finalda oynamaq şansı yoxdur"
Braziliya millisinin həkimi Joze Ruiz Runko komandanın zədəli futbolçusu Neymar haqda önəmli açıqlama verib.

Gənc hücumcunun komandası finala yüksələcəyi təqdirdə, iynədən istifadə etməklə meydana çıxacağı iddia edilirdi.

Bu iddialara münasibət bildirən J.R.Runko isə deyib ki, Neymarın DÇ-2014-ün finalında oynaması mümkünsüzdür:

"Neymar üçün dünya çempionatı başa çatıb. Onun finalda oynamaq şansı yoxdur".

Xəbər 860 dəfə oxundu.