Braziliya - Almaniya matçının baş hakimi müəyyənləşdi
"DÇ-2014"ün yarımfinalında baş tutacaq Braziliya - Almaniya matçının baş hakimi müəyyənləşib.

Oyunu meksikalı hakim Marko Rodriqes idarə edəcək.

Qeyd edək ki, M.Rodriqes bundan əvvəl "DÇ-2014"ün 1/8 finalında İtaliya - Uruqvay görüşündə (0:1) baş hakimlik edib. Referi həmin matçda uruqvaylı Luis Suaresin rəqib futbolçu Corcio Kyellininin çiynini dişləməsini görməmişdi. Qarşılaşmadan sonra M.Rodriqes səhvə yol verdiyini etiraf etmişdi.

Xəbər 770 dəfə oxundu.