"Arsenal" "Barselona" ilə razılığa gəldi
"Arsenal" Aleksis Sançesin transferi üçün "Barselona" ilə razılığa gəlib.

Kataloniya təmsilçisi London klubunun göndərdiyi 40 milyon avroluq təklifi qəbul edib.

A.Sançesin yaxın günlərdə "Arsenal"la rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, A.Sançes ötən mövsüm "Barselona"da 21 qol vurub.

Xəbər 779 dəfə oxundu.