Balkan turnirindən 6 medalla
Dekabrın 2-dən 4-dək Türkiyənini İstanbul şəhərində Muay-tay idman növü üzrə yeniyetmələr arasında Balkan çempionatı keçirilib.
Azərbaycan idmançıları bu yarışa 8 idmançı və 2 məşqçi ilə qatılmışdılar. Nəticədə komandamızın üzvləri ölkəmizə 2 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıdıblar.
Belə ki, Məhəmmədhüseyn Verdiyev (36 kq) və Sübhan Məmmədov (48 kq) qızıl, Heydər Heydərov (33 kq) və Pərvin Nəsirzadə (40 kq) gümüş, İbadulla Məmmədovla (36 kq) Süleyman Süleymanov (70 kq) isə bürünc medal qazanıblar.

Xəbər 2509 dəfə oxundu.