“Neftçi” – “Dinamo” oyunu heç-heçə yekunlaşıb
Yeni mövsümün hazırlıqlarını Avstriyada davam etdirən Bakının “Neftçi” futbol komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirmişdir.

“Dinamo” (Kiyev) komandası ilə qarşılaşan “Neftçi” meydandan 2:2 hesablı heç-heçə ilə ayrılmışdır. “Neftçi”nin heyətində Araz Abdullayev və Ernest Nfor fərqlənmişlər.

Bakı təmsilçisi növbəti yoxlama oyununu iyulun 4-də Rumıniyanın “Botoşani” klubuna qarşı keçirəcəkdir.

Xəbər 839 dəfə oxundu.