Qızlar liqalarının qalibləri mükafatlandırılıblar
“Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı (2005–2015-ci illər)”nın tələblərinə uyğun olaraq Bakı şəhərinin idman məktəblərində mühüm tədbirlər həyata keçirilir. Artıq futbola nəinki oğlanlar, hətta qızlar da böyük maraq göstərirlər.

Bu qurumun tabeçiliyində olan 9 nömrəli uşaq - gənclər idman məktəbinin futbolçu qızlarının uğurları davam edir.
Binə stadionunda AFFA-nın təşkil etdiyi qızlar liqalarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Səbail rayonundakı 9 nömrəli uşaq - gənclər idman məktəbinin komandası U - 13 qızlar liqasında II yerin sahibi olmuşdur. Komandanın futbolçusu Ayşən Əhmədova isə liqanın ən yaxşı oyunçusu seçilmişdir.
U-16 UNICEF qızlar liqasının qalibi adını da 9 nömrəli uşaq - gənclər idman məktəbinin komandası qazanmışdır. Komandanın üzvü Roza Quliyeva liqanın ən yaxşı oyunçusu seçilmişdir.
Bu məktəbin komandası U-19 liqasında da birinci yeri tutmuşdur.

Xəbər 889 dəfə oxundu.