Nərimanov Elşad Əhməd oğlu
Nərimanov Elşad Əhməd oğlu 29 dekabr 1941-ci ildə Bakı şəhərində anadan olub.
Akrobatika idman növü üzrə 1958-ci ildə idman ustası, 1969-cu ildə Ümumittifaq və 1977-ci ildə Beynəlxalq dərəcəli hakim adlarına layiq görülüb. 1963-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1996-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş müəllim, 2003-cü ildə dosent vəzifəsində çalışır.

1972-1994-cü illərdə dəmir yolçularının idman akrobatikası üzrə federasiyalarının sədri olub. SSRİ İdman ustası, Əməkdar məşqçi, Fəxri Bədən Tərbiyəsi və İdman işçisi adına, 2002-ci ildə «Tərəqqi» medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 05 mart 2008-ci il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 1984 dəfə oxundu.