AZAL futbol komandası yeni mövsüm üçün heyəti gücləndirməkdə davam edir
Bakının AZAL futbol komandası yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir.

Komanda “Rəvan”dan Orxan Lalayevi transfer etmişdir. Universal müdafiəçi ilə birillik müqavilə imzalanmışdır. O, AZAL-da icarə əsasında çıxış edəcəkdir.

Bu, AZAL-ın 6-cı transferidir. Asif Mirili və Stanislav Namaşko ilə ikiillik müqavilə imzalanmışdır. Novruz Məmmədov “Rəvan”dan, Eltun Yaqublu və Təmkin Xəlilzadə isə “Qarabağ”dan icarəyə götürülmüşlər.

Xəbər 774 dəfə oxundu.