Puyol: "Suares möhtəşəm futbolçudur, amma..."
"Barselona"nın sabiq futbolçusu və hazırda klubun idman direktoru
Andoni Subisarretanın köməkçisi vəzifəsində çalışan Karles Puyol komandaya transfer olunması gözlənilən "Liverpul"un hücumçusu Luis Suares haqda danışıb.

Puyol "El Mundo Deportivo"ya açıqlamasında Suaresin möhtəşəm oyunçu olduğunu bildirib:

Bununla belə, Puyol Suaresin meydanda hərəkətlərinə diqqət etməli olduğunu da vurğulayıb: "Suares möhtəşəm futbolçudur, ancaq o meydanda hərəkətlərinə diqqət yetirməlidir. Daha öncə ona qarşı oynamışam. "Barselona"ya indiyə kimi bir sıra ulduz futbolçular gəlib. Futbolçu meydançada özünü ələ almağı bacarmalıdır. Onlara minlərlə insan baxır, uşaqlar isə futbolçuları təqlid etmək istəyirlər".

Xəbər 821 dəfə oxundu.