Noyer: "Fransa mundialın ən sabit komandasıdır"
Almaniya millisinin və "Bavariya" klubunun qapıçısı Manuel Noyer "DÇ-2014"ün 1/4 finalında qarşılaşacaqları Fransa ilə oyunöncəsi fikirlərini bölüşüb.

Klubun rəsmi saytına danışan təcrübəli qolkiper Fransanın mundialın ən sabit komandası olduğunu bildirib:

"Əlcəzairlə görüşdə əlavə 30 dəqiqə oynamalı olduq. Fransanın Nigeriyanı 90 dəqiqə ərzində 2:0 hesabı ilə məğlub etdiyini düşünündə, narahat olmaya bilmirsən. Fransa dünya çempionatının ən sabit komandasıdır. Bu görüşdə meydana çıxacaq 11 futbolçumuz oyuna tam hazır olmalıdır".

Qeyd edək ki, Fransa - Almaniya oyunu sabah, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər 852 dəfə oxundu.