Eden Hazard: "Messini dayandırmalıyıq"
Belçika millisinin hücumçusu Eden Hazard "DÇ-2014"ün 1/8 finalında qarşılaşacaqları Argentina ilə oyunla bağlı fikirlərini açıqlayıb.

"Goal.com"a danışan gənc hücumçu komandasının mundialda tarix yaza biləcəyini iddia edib:

"İki yaxşı komanda üz-üzə gələcək. Şansları bərabər görürəm. Rəqibin heyətində Messi, İquain və Lavezzi kimi dünya səviyyəli futbolçular var. Ancaq bizim də komanda yaxşı futbolçulardan təşkil olunub. Messini dayandırmalıyıq. Əks təqdirdə bizə çətin olacaq. Açığı onu necə dayandıracağımızı bilmirəm. Bununla belə, rəqib komandadan çəkinmirik. Argentina ilə oyunda qələbə qazanmağa çalışacağıq. Çünki bu zəfər bizim üçün böyük uğur olacaq. Ümid edirəm ki, mundialda mübarizəni davam etdirəcəyik. Tarix yaza bilərik. Bunun üçün var-gücümüzü meydanda qoymalıyıq".

Xəbər 966 dəfə oxundu.