Faiq Qarayev: “Türkiyə yerli mütəxəssislərə güvənməlidir”

“Türkiyənin 4 ən böyük komandasına nəzər salsaq, onların baş məşqçisi postunda yerli mütəxəssis olmadığını görərik. Amma Türkiyənin gənclər yığması dünya çempionu olsa da, bu komandanın çalışdırıcısı əcnəbi deyil”. Bu sözü Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev deyib. Azərbaycan millisini də çalışdıran mütəxəssis “Fənərbağça” jurnalına müsahibəsində bir çox maraqlı açıqlamalarla diqqəti çəkib. O bildirib ki, yerli çalışdırıcılara güvənməklə, lazımı hədəflərə çatmaq mümkündür: “Əsas yığmada məşqçilər korpusunda çalışanlar əcnəbilərdir. Futbolda da elədir. Amma məlum olduğu kimi, “Fənərbağça” Aykut Qocamanla Super Liqanın qalibi adını qazandı. Voleybol millisində də niyə bu olmasın?”
Qarayev vurğulayıb ki, Azərbaycanda Türkiyə klublarının kifayət qədər azarkeşi var: “Klublarımızdan əlavə, Türkiyənin hansısa komandası oynadığı yarışlarda biz hər zaman “ay-ulduzlular”a azarkeşlik edirik”.
54 yaşlı mütəxəssis mərhum prezident Heydər Əliyevin Azərbaycan dövlətinin başçısı seçilməsini də xoş xatirələrlə yada salıb: “Bizim Atatürkümüz yoxdur” deyə, həmişə təəssüf hissi keçirirdim. Sonra Heydər Əliyev hakimiyyətə gəldi və bizim də Atatürkümüz oldu. Yetim qalmadıq. Onu uca tuturduq. Hələ də onun çörəyini yeyirik”.
Faiq muəllim bildirib ki, “Fənərbağça” həmişə azarkeşləri ilə qürur duymalıdır: “Super Liqada “Fənərbaxğa” – “Manisaspor” matçında Türkiyə futbolunda bir ilk yaşandı. “Sarı-lacivərdlilər”in stadionu qadın və uşaqlarla doldu. Bu möhtəşəm dəstək, sözlə deyilə bilməyəcək uğurdur. Həmin zaman çox təsirləndim, duyğulandım. Sanki bir idman bayramı idi. Yəni “Fənərbaxça” həmişə azarkeşləri ilə qürur duymalıdır”.

Xəbər 988 dəfə oxundu.