Xuan Kuadrado yenidən “Mançester Yunayted”in maraq dairəsinə düşüb
“Fiorentina” və Kolumbiya millisinin vingeri Xuan Kuadrado yenidən “Mançester Yunayted”in maraq dairəsinə düşməyi bacarıb.

Football Italia`nın La Gazzetta dello Sport`a istinadən verdiyi məlumata görə, “qırmızı şeytanlar” futbolçu üçün “bənövşəyilər”ə 40 mln avro təklif göndərib.

Kolumbiyalı futbolçunun satılması halında, İtaliyanın digər klubu, Kuadradonun keçmiş klubu “Udinize”nin bu transferdən 50% qazanma haqqı var idi. Lakin “Fiorentina” bu yaxınlarda qarşı tərəfə 15 mln avro ödəməklə, futbolçunun satılacağı təqdirdə əldə olunacaq gəlirə tam sahib çıxıb.

Hal-hazırda Xuan Kuadradonun transfer qiyməti 34 mln avro göstərilir. Futbolçu ilə həmçinin “Barselona”nın da maraqlandığı deyilir. Brazilyada davam edən DÇ-2014-də isə Kolumbiya millisinin dəyişilməz üzvü 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb

Xəbər 1543 dəfə oxundu.