Lavaroneda səmti müəyyən etmə üzrə dünya çempionatı keçiriləcək
İyulun 5-dən 13-dək İtaliyanın Lavarone şəhərində səmti müəyyən etmə üzrə dünya çempionatı keçiriləcəkdir.

Ənənəvi olaraq dünya çempionatı ərəfəsində Beynəlxalq Səmti Müəyyən Etmə İdman Federasiyası (IOF) və İtaliya Səmti Müəyyən Etmə Federasiyası tərəfindən bu idman növünün IOF-a qatılmış yeni üzv ölkələrdə fəal inkişafa istiqamətləndirilmiş seminar və praktik məşğələləri (IOF Development Clinics) təşkil olunacaqdır.

Seminarda Azərbaycanı federasiyanın baş katibi Zaur Seyidov və məsul katib Ülkər Həmdullayeva təmsil edəcəklər.
Dünya çempionatından sonra Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyası nümayəndələrinin İsveçdə “O-Ringen Academy”-də məşqçilik, xəritəçilik və yarış təşkilatçılığı üzrə keçiriləcək tədris kurslarında iştirakı planlaşdırılır.

Xəbər 2128 dəfə oxundu.