"İnter" komandası futbolçularından birini itirdi
Bu gün Avropa Liqasında "Tiraspol" ilə səfər qarşılaşmasına çıxacaq "İnter" komandası futbolçularından birini itirib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, qapıçı Səlahət Ağayev zədəlidir. Bu səbəbdən o "Tiraspol" ilə matçı buraxmalı olacaq.

Böyük ehtimalla “İnter”in qapısını Georgi Lomaya qoruyacaq.

Xəbər 932 dəfə oxundu.