Vitsel: "Belçika dünya çempionu ola bilər"
Belçika millisinin yarımmüdafiəçisi Aksel Vitsel "DÇ-2014"ün 1/4 finalında qarşılaşacaqları Argentina ilə oyunöncəsi maraqlı fikirlər səsləndirib.

"Goal.com"a danışan təcrbəli futbolçu komandasının dünya çempionu ola biləcəyini bildirib:

"Düşünürəm ki, biz yarımfinala yüksələ bilərik. Argentina yığması çox güclüdür. Onların heyətlərində Lionel Messi, Anxel di Mariya və Qonzalo İquain kimi ulduz futbolçular çıxış edir. Ancaq Belçika yığması da baxımlı oyun sərgiləyir. Argentinadan qorxmuruq və bu görüşdə yalnız qələbəyə oynayacağıq. Bilmirəm, möcüzə edərək dünya çempionu ola bilərik, ya yox. Ancaq hər kəs əlindən gələni etsə, biz bunu bacararıq".

Qeyd edək ki, Argentina - Belçika oyunu iyulun 5-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər 945 dəfə oxundu.