Azərbaycanlı hakimlər Çempionlar Liqasında | |
FİFA referiləri Əliyar Ağayev və Anar Salmanov avrokubok oyunlarına təyinat alıblar. İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Əliyar Ağayev Çempionlar Liqası, Anar Salmanov isə Avropa Liqasının oyunlarında ədaləti təmsil edəcəklər. Çempionlar Liqası II təsnifat mərhələsi. 23 iyul "Aktobe" (Qazaxıstan) - "Dinamo" (Tbilisi, Gürcüstan) Baş hakim: Əliyar Ağayev Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Zeynal Zeynalov Dördüncü hakim: Rauf Cabbarov Avropa Liqası II təsnifat mərhələsi. 24 iyul "Vaduts" (Lixtenşteyn) / "Collage Europa" (Cəbəllütariq) - Ruch Chorzow (Polşa) Baş hakim: Anar Salmanov Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Vaqif Musayev Dördüncü hakim: Rəhim Həsənov |
|
Xəbər 1028 dəfə oxundu. |
|
|