Ançelotti di Mariyanın "Real"dan ayrılmağını istəmir
"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti futbolçusu Anxel di Mariyanın komandadan ayrılmasını istəmir.

İtaliyalı mütəxxəssis argentinalı futbolçunun komandası üçün önəmli oyunçu olduğunu bildirib.

Daha öncə verdiyi açıqlamasında "Real"dan ayrılmaq istədiyini deyən di Mariyanın İtaliyaya gedəcəyi iddia olunur. Lakin Ançelotti dünya çempionatından sonra 26 yaşlı futbolçu ilə danışıqlara başlayacaqlarını və onu komandada saxlamağa çalışacaqlarını deyib.

Qeyd edək ki, di Mariya 2010-cu ildə "Benfika"dan "Real"a transfer olunub.

Xəbər 898 dəfə oxundu.