Benzema: "Hər oyundan əvvəl "Quran"ı dinləyirəm"
Fransa millisinin müsəlman futbolçusu Kərim Benzema Ramazan ayında oruc tutduğunu açıqlayıb.

O, DÇ-2014-ün 1/8 finalının Nigeriya matçında oruc tutaraq meydana çıxdığını deyib.

Benzema onu da bildirib ki, hər oyun öncəsi "Quran"ın surələrini qulaqcıqla dinləyir:

"Quran" Allahın kitabıdır. Quranın surələrində çox mənalı fikirlər var. Hər qarşılaşmanın başlamasına on dəqiqə qalmış qulaqcıqla Quranın sürələrini dinləyirəm. Bu, mənə rahatlıq verir".

Xəbər 868 dəfə oxundu.