Falkao Real Madridə keçə bilər
Monakonun futbolçusu Radamel Falkao Madrid Realına keçmək niyyətindədir.

Marca saytının məlumatına görə, kolumbiyalı öz agenti Jorje Mendeşdən bunun üçün nə lazım gəlirsə etməyini tələb edib.

Hətta Madrid Realında oynamaq üçün o , hazırda 14 milyon avro təşkil edən məvacibinin də xeyli azalmasına razıdır.
Deyilənə görə Real və Monako artıq Falkaonun keçidi ilə bağlı danışıqlara başlayıblar.

Xəbər 773 dəfə oxundu.