Ağcabədidə ümumrayon seminarı keçirilib
İyunun 30-da Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə yüksək dərəcəli idmançıların hazırlanması ilə əlaqədar karate-do idman növü üzrə açıq ümumrayon seminarı keçirilib.

Ağcabədi rayon Mərkəzi Stadionunda 32 nəfəri iştirakı ilə keçirilən seminarın məqsədi karate-do idman növünün inkişaf etdirilməsi və yüksək dərəcəli idmançıların hazırlanması olub.

Sonda karateçilərin bilik səviyyəsi və idman dərəcələri artırılıb.

Xəbər 825 dəfə oxundu.