Argentina – İsveçrə matçının ən yaxşısı bəlli oldu
DÇ-2014-ün 1/8 final mərhələsində baş tutan Argentina – İsveçrə matçının (1:0) ən yaxşı oyunçusunun adı bəlli olub.

Argentina millisinin hücumçusu Lionel Messi oyunun ən yaxşısı adını qazanıb.

“Bareslona”lı ulduz futbolçu baxımlı oyunu ilə yanaşı görüşün 118-ci dəqiqəsində qol ötürməsi ilə də yadda qalıb.

Xatırladaq ki, İsveçrəyə 1:0 hesabı ilə qalib gələn Argentina 1/4 finala vəsiqə qazanıb.

Xəbər 937 dəfə oxundu.