"Skolari dünya çempionu olmağın yollarını yaxşı bilir"
Braziliya millisinin sabiq çalışdırıcısı Dunqa komandanın hazırkı baş məşqçisi Luis Felipe Skolarinin yığmadakı işini dəyərləndirib.

"AS" qəzetinə danışan Dunqa Skolarinin dünya çempionu olmağın yollarını yaxşı bildiyini deyib:

"Əlbəttə, mundialın ilk matçında Braziliya baxımlı oyun sərgiləmədi. Lakin komanda son oyunda layiqli mübarizə apardı. Skolari belə turnirlərdə uğur qazanmaq qabiliyyətinə malikdir. Söhbət onun təcrübəsi və rəqibin səhvlərindən maksimum istifadə etmək bacarığından gedir. Skolari dünya çempionu olmağın yollarını yaxşı bilir. Onun bu mundialda uğur qazanacağına inanıram".

Qeyd edək ki, Braziliya mundialın 1/4 finalında Kolumbiya millisi ilə qarşılaşacaq.

Xəbər 1039 dəfə oxundu.