İdmançılarımız növbəti yarış ərəfəsindədirlər
Karateçilərimiz 14-17 yaşlılar arasında Dünya Kubokuna yollanırlar. 02-06 iyul tarixlərində Xorvatiyanın Umaq şəhərində mötəbər yarışda 11 idmançımız iştirak edəcək.

Yeniyetmələrəin böyük məşqçisi Anar Allahverdiyev, gənclərin böyük məşqçisi Şahin Xudaverdiyev və kata üzrə böyük məşqçi Vahid Ayvazov aşağıda adları qeyd edilən idmançıların çıxışına üstünlük veriiblər.



14-15 yaşlı yeniyetmələr

Kata

1. Roman Heydərov



Kumite

2. Hümmət Baxşəliyev (-52 kq)

3. Riyad Feyzizadə (-63 kq)

4. Murad Balakişiyev (-70 kq)

5. Murad Hacızadə (+70 kq)

6. Fidan Teymurova (-47 qk)



16-17 yaşlı gənclər

Kumite

7. Vidadi Xaliqov (-55 kq)

8. Ülvi Qurbanov (-61 kq)

9. Elcan Məmmədrzayev (-61 kq)

10. Asiya Məlikova (-48 kq)

11. Fəridə Əliyeva (+59 kq)



Beynəlxalq referi Vüqar Kərimov yarışın hakimləri arasında olacaq. Dünya Kuboku ilə bağlı video və mətnli informasiyaları operativ təqdim etmək üçün federasiyanın Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov da Xorvatiyaya ezam edilir.

Nümayəndə heyətinə Azərbaycan Milli Karate Federasiyasının l vitse-prezidenti İlham Qasımzadə rəhbərlik edəcək.


Xəbər 1050 dəfə oxundu.