Yeniyetmə güləşçilər dünya birinciliyinə hazırlaşırlar
15-20 iyulda Slovakiyanın Snina şəhərində güləş üzrə yeniyetmələr arasında dünya çempionatı keçiriləcək. Yığma komandalarımız çempionatda tam heyətlə iştirak edəcək.

Hər üç növ üzrə yığma komandalarımız çempionat öncəsi son təlim-məşq toplanışına cəlb olunub və hazırlıqlarını davam etdirirlər.

Yunan-Roma güləşi üzrə yığma komandamız iyunun 28-dən Qusar Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında heyətdə 20 idmançı yer alıb. Təlim-məşq toplanışı iyulun 11-dək davam edəcək.

Sərbəst güləş üzrə yeniyetmə qızlardan ibarət yığma komandanın üzvləri bu gündən etibarən Şamaxı Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayır. Komandanın böyük məşqçisi Aslan Ağayev, məşqçilər Həsrət Məmmədyarov, Siracuddin Eldarov, Filip Monolov və Mətanət Süleymanovanın rəhbərliyi altında heyətdə 18 güləşçi yer alıb. Təlim-məşq toplanışı iyulun 13-dək davam edəcək.

Sərbəst güləş üzrə yığma komandanın üzvləri isə təlimlərə iyulun 3-dən başlayacaq. Komandanın böyük məşqçisi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Rövşən Hacıyevin rəhbərliyi altında heyətdə 20 güləşçi yer alıb. Quba Olimpiya İdman Kompleksində keçiriləcək təlim-məşq toplanışı iyulun 17-dək davam edəcək.

Xəbər 358 dəfə oxundu.