Yobo millidəki karyerasını başa vurdu
Yozef Yobo Nigeriya millisindəki karyerasını başa vurub.

33 yaşlı müdafiəçi DÇ-2014-ün 1/8 finalında Fransaya məğlub olduqları oyundan (0:2) sonra yığmadan getdiyini açıqlayıb:


"Mənim üçün çətin qərar oldu. Ancaq daha ailəmlə çox vaxt keçirmək istəyirəm. Bu turnirdən əvvəl Afrika kubokunu qazandıq. Dünya çempionatı üçün milliyə çağrılacağımı düşünmürdüm. Çünki son mövsüm zədə səbəbindən altı matçda iştirak edə bilməmişdim. Bu turnirdə əlimdən gələni etdim. Ancaq son oyun mənim üçün uğursuz oldu".

Qeyd edək ki, Yobo Fransa ilə matçın 90+2 dəqiqəsində avtoqola imza atıb.

Xəbər 759 dəfə oxundu.