"Braziliyalı azarkeşlər bizi dəstəkləyəcəklər"
İsveçrə millisinin baş məşqçisi Ottmar Hitsfeld DÇ-2014-ün 1/8 finalında Argentina ilə oyun öncəsi mətbuat konfransı keçirib.

O, rəqibin qol silahı olan Messini zərərsizləşdirməyə çalışacaqlarını deyib:

"Messiyə qarşı oynamaqda çətinlik çəkəcəyimizi düşünmürəm. Braziliyalı azarkeşlər bizi dəstəkləyəcəklər. Çünki Argentinaya və Messiyə qarşı mübarizə aparacağıq".

O.Hitsfeld onu da qeyd edib ki, Argentina ilə matçda onun İsveçrə millisindəki sonuncu oyunu olmayacaq: "Komandam bu görüşdə məğlub olsa belə burada işləməyə davam edəcəm"

Xəbər 804 dəfə oxundu.