Aquero mundialda oynaya bilər
Argentina yığmasının futbolçusu Serxio Aquero mundialda oynamaq şanslarına malikdir.

Forvard dizaltı qığırdağından zədələnib. Bu hadisə Nigeriya ilə oyunda baş vermişdi. İlkin ehtimala görə o , dünya çempionatında oynamamalıydı.
Lakin Argentina yığmasının tibbi personalının rəhbəri Daniel Martinesin sözlərinə görə Aquero playoff-un daha sonrakı mərhələlərinə qədər sağala bilər.26 yaşlı futbolçu artıq yüngül qaçışlara başlayıb.

Xəbər 729 dəfə oxundu.