Nigeriyanın baş məşqçisi: "Fransa uduzmaq ayıb deyil"
Nigeriya millisinin baş məşqçisi Stiven Keşi "DÇ-2014"ün 1/8 finalında məğlub olduqları Fransa ilə oyunu şərh edib.

Təcrübəli mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında Fransa yığmasına məğlubiyyətin ayıb olmadığını bildirib:

"Qapıçı Enyamanın ilk qol zamanı topu niyə güclü zərbə ilə uzaqlaşdırmadığını anlamadım. Ancaq məni onu günahlandırmıram. Çünki oyun ərzində bir neçə epizodda komandanı real qoldan xilas etdi. Fransa çox güclü və yaxşı komandadır, ona görə bu gün uduzmağımız ayıb deyil. Afrika komandalarının mundialda uğursuz çıxışına gəlincə bu haqda heç nə deyə bilmərəm. Hər komandanın problemi olur. Mən Nigeriyanın baş məşqçisiyəm və yalnız komandama cavabdehəm".

Qeyd edək ki, 1/8 finalda Fransa 0:2 hesabı ilə uduzan Nigeriya yığması mundialda mübarizəni dayandırıb.

Xəbər 388 dəfə oxundu.