Messi: "Dünya çempionatı hələ indi başlayır"
Argentina millisinin futbolçusu Lionel Messi "DÇ-2014"ün 1/8 finalında qarşılaşacaqları İsveçrə ilə oyunöncəsi maraqlı fikirləri ilə diqqət çəkib.

Ulduz futbolçu "facebook" sosial şəbəkəsindəki səhifəsində mundialın hələ indi başladığını yazıb:

"Dünya çempionatında 1/8 finala yüksəlməyimiz əladır. Düşünürəm ki, mundial hələ indi başlayır. Gəlin, daha böyük şeylər edək!".

Qeyd edək ki, Argentina - İsveçrə oyunu bu gün axşam, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər 793 dəfə oxundu.