"Real" "Bavariya" ilə razılığa gəldi | |
"Bavariya"nın yarımmüdafiəçisi Toni Kroosun "Real" (Madrid) klubuna transferi ilə bağlı tərəflər arasında razılıq əldə olunub. Bu transfer Madrid təmsilçisinə 25-30 milyon avroya başa gələcək. "Kral klubu" 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayacaq. Almaniyalı futbolçunun "Real"da illik qazancı da bəlli olub. Təcrübəli futbolçu yeni klubunda ilinə 5 milyon avro qazanacaq. Qeyd edək ki, Kroos hazırda Braziliyada təşkil olunan dünya çempionatında mübarizəni davam etdirən Almaniya millisinin düşərgəsindədir. Onun komandası bu axşam 1/8 final mərhələsində Əlcəzairlə qarşılaşacaq. Həmin oyun Bakı vaxtı ilə saat 01:00-da başlayacaq. |
|
Xəbər 840 dəfə oxundu. |
|
|