Lui Van Qaal Nayjel De Yonqun zədəsi barədə məlumat verdi
Hollandiya yığmasının baş məqşçisi Lui Van Qaal Nayjel De Yonqun zədəsi barədə məlumat verib.

«Qorxuram ki, De Yonq üçün dünya çempionatı başa çatsın.Bu ciddi itkidir. Lakin Naycellə bağlı heç nəyi qəti söyləmək olmaz. Çünki o , həmişə oynamaq istəyir. Həkimlər onu müayinə etməlidirlər», – deyə Van Qaal bildirib.

Xatırladaq ki, 29 yaşlı futbolçu 9-cu dəqiqədə meydanı tərk etmişdi. Onun qasıq əzələsindən zədələndiyi güman edilir.

Xəbər 799 dəfə oxundu.