Kosta-Rikanın baş məşqçisi: "Qələbəni haqq etdik"
Kosta-Rika millisinin baş məşqçisi Xorxe Luis Pinto "DÇ-2014"ün 1/8 finalında məğlub etdikləri Yunanıstanla oyun haqda fikirlərini bölüşüb.

Təcrübəli mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında komandasının qələbəni haqq etdiyini bildirib:

"Biz imkansızı bacardıq. Çəkdiyimiz bütün əziyyətlər, fədakarlıq bizə qalibiyyət gətirdi. Düşünürəm ki, bu qələbəni haqq etdik. Yunanıstanla matçın gərgin keçəcəyinə əmin idim. Bu mərhələni keçdiyimiz üçün çox şadam. Bizi dəstələyən hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, əsas vaxtı 1:1 hesabı ilə başa çatan oyundan sonra təyin olunan penaltilər seriyasını daha dəqiq yerinə yetirən (5:3) Kosta-Rika yığması 1/4 finala yüksəlib.

Xəbər 794 dəfə oxundu.