"Qəbələ" məşqləri bərpa etdi
İyunun 27-i Sloveniyadakı təlim-məşq toplanışını yekunlaşdıraraq vətənə dönən "Qəbələ doğma məkanda hazırlıq prosesini bərpa edib.

Dünən günün ikinci yarısında baş tutan məşqə komanda tam heyətlə qatılıb. Yüngül zədəsi olan Ruslan Əmircanov komandadan ayrı çalışıb.

Baş məşqçi Dorinel Muntyanunun rəhbərliyi altında keçirilən məşq zamanı futbolçular müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər.

Xəbər 971 dəfə oxundu.