Dorinel Muntyanu: Şanslarımız bərabərdir
İyulun 3-də Avrokuboklarda debüt edəcək «Qəbələ» klubunun rəqibi Bosniya və Herseqovina «Şiroki Briyeq»i olacaq. İdman.com.az saytı xəbər verir ki, bir müddət Sloveniya hazırlıq keçən «qara-qırmızılar» dünən Vətənə dönüb. Komandanın baş məşqçisi Dorinel Muntyanu Qəbələdə jurnalistlərlə görüşdə dedi ki, rəqib bu cütün favoriti deyil:

««Şiroki Briyeq» Avropada elə də tanınmış klub deyil. Ona görə, bu kollektiv özünə diqqət cəlb etmir. Avroliqanın 1-ci təsnifat mərhələsində şanslarımız bərabər qiymətləndirirəm. Əlimizdə olan indiki imkandan maksimum yararlanıb, turu keçməyə çalışacağıq».

Qeyd edək ki, cavab görüşü bir həftə sonra Bosniya və Herseqovinada baş tutacaq.

Xəbər 862 dəfə oxundu.