Gran-Pri turnirində 4 taekvandoçu
Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Böyüklərdən ibarət milli komanda 30 iyundaÇin Xalq Respublikasınayollanır.

4-5 iyul tarixlərində Çinin Sujo çəhərində baş tutacaq yarışa öz çəki dərəcələrində reytinqləri yüksək olan idmançılar qatılacaq. Cari ildə ilk dəfə keçirilən Gran-Pri turnirdavamlı olaraq Qazaxıstan,Böyük Britaniya və Meksikada təşkil ediləcək.Xatırladaq ki, G4 dərəcəli Gran-Pri yarışlarında yüksək yerləri tutmuş taekvondoçular reytinq xallarını 40xal artırmış olacaqlar.

Yarışa 4taekvondoçu ilə yollanan milli komandamızın baş məşqçisi,əməkdar məşqçi Ələkbər İmaməliyev,böyükməşqçisi,əməkdar məşqçi Elnur Amanov tərəfindən müəyyən edilmiş heyət aşağıdakı kimidir:

1.Ramin Əzizov (-80 kg)

2.Radik İsayev (+80 kg)

4.Günay Ağakişiyeva (-57 kg)

5.Fəridə Əzizova (-67 kg)

Milli komanda vətənə 8 iyul tarixindədönəcək.

- See more at: http://taekwondo.az/index.php?page=sp&id=298#sthash.bDw2GA0m.dpuf

Xəbər 916 dəfə oxundu.