AMKF Hakimlər komitəsi 2014-cü ilin ilk yarısına yekun vurdu
Azərbaycan Milli Karate Federasiyasının Hakimlər Komitəsi ilin birinci yarısına seminar və iclasla yekun vurdu. Yığıncaqda paytaxt və regionlardan olan müxtəlif dərəcəli hakimlər iştirak edib.

Federasiyanın Hakimlər komitsəinin sədri Cahangir Babayev başda olmaqla komitə üzvlərinin rəhbərliyi ilə keçən iclasda bu il görülən işlərdən, irəliləyişlərdən, hakimlərin uğurlarından danışılıb. Beynəlxalq dərəcəli hakimlərimiz Yusif Məmmədov, Nərgiz Mehdiyeva və Vüqar Kərimovun daha yüksək kateqoriyaya layiq görüldüyü, milli dərəcəli hakimlərimizin isə təcrübələrinin daha da artdığı diqqətə çatdırlıb.

Hakimlər komitəsinin sədri Cahangir Babayev hakimlərin bilik və təcrübələrinin artırılması istiqmətində bir sıra tədbirlərin həyata keçiriləcəyini söyləyib. İclasın ardından növbəti seminar keçirilib. Yarış qaydaları və hakimlikdə nəzəri məsələlər bir daha nəzərə çatdırılıb.

Xəbər 1067 dəfə oxundu.