Sançes: "Braziliya millisindən qorxuruq"
Çili yığmasının hücumçusu Aleksis Sançes "DÇ-2014"ün 1/8 finalında qarşılaşacaqları Braziliya ilə oyunöncəsi maraqlı fikirlər səsləndirib.

"AS" qəzetinə danışan Sançes Braziliya millisindən çəkindiklərini bildirib:

"Braziliya millisindən qorxuruq. Onların güclü müdafiə xətti var. Ancaq məni təkcə oyunumuz deyil, hakimlik də narahat edir. Bununla belə, biz daha çox öz oyunumuz haqda düşünməliyik. Dünya çempionatına qələbə üçün gəlmişik. Səhvlərimiz üzərində çalışmalıyıq. Yalnız bu halda Braziliya səddini keçə bilərik".

Qeyd edək ki, Braziliya - Çili oyunu sabah, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər 998 dəfə oxundu.