Dieqo Simeone: “Messi özünü ən vacib anlarda göstərir”
“Dünya çempionatında dörd qol vuran Lionel Messi komandasına oyununa çox yenilik gətirir. Heyətində belə futbolçusu olan millinin uğur qazanması daha rahatdır. Amma bütün kollektiv bir yumruq kimi olmalıdır”.

Bu sözləri Madridin “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone goal.com-a deyib.

Argetinalı mütəxəssis əmin olduğunu bildirib ki, həmvətənləri pley-off-da oyunlarını daha da inkişaf etdirəcəklər.

“Argentina millisində qapıçı Serxio Romero ilə Messini xüsusi qeyd etmək istəyirəm. Messi kimi bir zərbəylə oyunun taleyini həll edən futbolçun və ən lazimi məqamda komandasını qoldan xilas edən Romero kimi qapıçın olandan sonra uğur qazanmaq rahat olur. Bu, komandada özünəinamı daha da artırır”.

D.Simeone həmçinin bildirib ki, Lionel Messi bu çempionatda özünü ən vacib anlarda göstərir.

Xəbər 892 dəfə oxundu.