DÇ-2014: 1/8 finalın hakim təyinatları açıqlandı
FİFA DÇ-2014-ün 1/8 final mərhələsinin ilk iki oyununun hakim təyinatlarını açıqlayıb.

İyunun 28-də baş tutacaq Braziliya – Çili qarşılaşması ingiltərəli hakim Hovard Uebbə həvalə edilib.

Xatırladaq ki, Uebb DÇ-2010-nun final görüşünün
baş hakimi olub. Bu mundialda o Kolumbiya və Fildişi Sahili komandalarının görüşünün referisi vəzifəsini icarə edib.

İyunun 28-də keçirilcək 1/8 finalın daha bir matçı - Kolumbiya – Uruqvay qarşılaşmasında isə Holandiya Futbol Federasiyasından Byorn Kuypers fit çalacaq. Kuypers cari mundialda İntiltərə - İtaliya və İsveçrə - Fransa oyunlarında da hakim olub.

Xəbər 835 dəfə oxundu.