Jurnalistlər arasında tennis yarışı keçirilib
“Excelsior Hotel and Spa Baku” mehmanxanasının kortunda jurnalistlər arasında tennis yarışı keçirilmişdir.

Qaliblərə “AtaSığorta” ASC-dən səyahət sığortası, “AtaBank” ASC-dən hədiyyələr təqdim edilmişdir.

Yarış “Aura” sağlamlıq mərkəzinin bu idman növü üzrə məşqçisi Tahir Namazovun hakimliyi altında təşkil olunmuşdur.
Mehmanxananın marketinq və satış departamentinin direktoru Damla Bayık bildirmişdir ki, “Aura” sağlamlıq mərkəzinin kortunda böyük tennislə peşəkarcasına məşğul olmaq üçün hər cür şərait vardır. Ən yaxşı idman növlərindən biri sayılan tennis insan orqanizminin müxtəlif sistemlərinə müsbət təsir göstərməklə, həm də müsbət emosiyalar verir.
Ümumiyyətlə, “Aura” sağlamlıq mərkəzinin trenajor zalında bütün qrup əzələlərini möhkəmləndirmək üçün 50-dən artıq müasir trenajor, ürək əzələlərini möhkəmləndirmək və artıq çəkidən azad olmaq üçün kardiotrenajorlar quraşdırılmışdır.

Xəbər 2427 dəfə oxundu.