Ronaldo: "Qrupdan çıxmaq üçün hər şey etdik"
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo "DÇ-2014"də məğlub etdikləri Qana ilə oyunla bağlı fikirlərini bölüşüb.

"Footbal İtalia"ya danışan təcrübəli futbolçu komandasının qrupdan çıxmaq üçün əlindən gələni etdiyini bildirib:

"Oyun ərzində xeyli qol epizodları yaratdıq. Ancaq bunların cəmi ikisindən istifadə etdik. Buna görə istədiyimiz nəticəni qazana bilmədik. Digər oyunun nəticəsindən xəbərimiz var idi. Böyükhesablı qələbə qazanmaq və qrupdan çıxmaq üçün hər şeyi etdik, ancaq alınmadı".

Qeyd edək ki, qrupun son matçında Qanaya 2:1 hesabı ilə qalib gələn Portuqaliya millisi top fərqinin yaxşı olmaması səbəbindən 1/8 finala yüksələ bilməyib.

Xəbər 805 dəfə oxundu.