Neymar: "Sançesə heyranam"
Braziliya millisinin hücumçusu Neymar "DÇ-2014"ün 1/8 finalında qarşılaşacaqları Çili yığmasının forvardı Aleksis Sançes haqda xoş sözlər deyib.

FİFA-nın rəsmi saytına danışan futbolçu "Barselona"dakı komanda yoldaşına heyran olduğunu bildirib:

"Sançeslə tez-tez telefonla danışıram. Mundialın 1/8 finalında bir-birimizə qarşı oynayacağıq. Ona heyranam. Aleksis dünyanın ən təhlükəli hücumçularından biridir. Bu səbəbdən ona qarşı ehtiyatlı oynamalıyıq. Onu gözdən qaçırmaq olmaz. Əlbəttə, Çili yığmasında yaxşı futbolçular çoxdur, ancaq Sançes daha səviyyəlidir".

Qeyd edək ki, Braziliya - Çili oyunu iyunun 28-də, Bakı vaxtı ilə saat 21:00d-da başlayacaq.

Xəbər 888 dəfə oxundu.