Sərbəst güləşçilər Almaniya Qran Prisində iştirak edəcək
28-29 iyun 2014-cü il tarixdə Almaniyanın Dortmund şəhərində güləş üzrə Qran Pri beynəlxalq turniri keçiriləcək. Turnirdə sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri iştirak edəcək.

Yığma komandanın baş məşqçisi Semyon Çterevin rəhbərliyi altında turnirə 4 güləşçimiz yollanacaq. Heyətdə Hacı Əliyev (61 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq) və Həmzət Osmanov (86 kq) yer alacaq.

Komandamızın üzvləri turnirə Bolqarıstanın Belmeken şəhərində iştirak etdikləri növbəti təlim-məşq toplanışından yollanacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edəcək.

Xəbər 932 dəfə oxundu.