Prandelli istefa verdi
İtaliya milli komandasının baş məşqçisi Çezare Prandelli istefa verib. Bu qərarı o , bu gün Uruqvayla oyundan sonra verib. Xatırladaq ki, İtaliya millisi son turda Uruqvaya məğlub olaraq dünya çempionatını tərk edib. Skuadra Adzurra qrupu 3-cü tamamlayıb. Prandellinin 2016-cı ilə qədər müqaviləsi var idi.

Prandellinin istefasından sonra daha bir nəfər işindən gedib. İtaliya Futbol Federasiyasının prezidenti Cankarlo Abete də hakimliyə etiraz kimi vəzifəsindən istefa verib.

Xəbər 864 dəfə oxundu.