«Bakı Alovları» Parisdə də qələbə qazandı

Parisin Pyer de Kuberten İdman Sarayında Ümumdünya Boks Seriyasının (WSB) 3-ci turun matçında Fransanın «Paris United» və Azərbaycanın «Baku Fires» komandaları qarşılaşıblar. Bu gərgin mübarizədə klubumuz 3:2 hesabı ilə qələbə qazanıb və “B” qrupunda 1-ci yerə qalxıb. Hazırda «Baku Fires»in 9 xalı var. Bu gün qrupumuzda daha 2 matç keçiriləcək: «Beijing Dragons» - «Mexico City Guerreros», «Leipzig Leopards» - «Istanbul Bosphorus».
Qeyd edək ki, «Bakı Alovları» ötən mövsüm 2 görüşün nəticəsində sözü gedən kollektivə uduzaraq, liqanın qızıl medallarını əlindən buraxmışdı.
«Paris United» - «Baku Fires»
54 kq. Aleksandr Rıskan (Moldova) – Qairbek Qermaxanov (Azərbaycan) - 49:46, 47:48, 47:48
61 kq. Lyubomir Maryanoviç (Serbiya) – Mədadi Naqzibəyov (Tacikistan) – 45:50, 45:50, 45:50
73 kq. Mişel Tavares (Fransa) – Heybulla Mürsəlov (Azərbaycan) - 47:48, 48:47, 48:47
85 kq. Jorj Mayer (Fransa) – Azamat Murtuzəliyev (Azərbaycan) – 45:49, 45:49, 45:49
+91 kq. Filip Xrqoviç (Xorvatiya) - Hacı Murtuzəliyev (Azərbaycan) – 50:45, 50:44, 50:45

Xəbər 1162 dəfə oxundu.