"Qarabağ" Avstriyada hazırlıqlarını davam etdirir
"Qarabağ" klubu Avstriyada hazırlıqlarını davam etdirir.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Zalsburq şəhərindən 60 km aralıda yerləşən Kössen qəsəbəsində təlim-məşq toplanışını davam etdirən komandanın proqramında dünən 2 məşq vardı.

"Şaxtyor"la qarşılaşan komanda səhər çalışmasına yeri vaxtla 10:30-da (Bakı vaxtıyla 13:30) yollanıb. Daha doğrusu oteli tərk etməyən "Qarabağ" trenajor zalına hərəkət edib. 2 qrup halında məşq edən komanda ümumilikdə 90 dəqiqə ərzində salonda çalışıb.

Günün 2-ci məşqinə isə komanda meydançaya yollanıb. Yerli vaxtla 17:30-da məşqə başlayan məşq saat yarım davam edib. İsinmə hərəkətlərinin ardından toplu çalşmalar yerinə yetirilib. Kapitan Rəşad Sadıqov yenə də fizioterapevt nəzarətində çalışıb.

Bu günə 1 məşq nəzərdə tutulub. Komanda meydançaya yerli vaxtla 10:30-da yollanacaq.

Xəbər 861 dəfə oxundu.