“Mini-futbol” birinciliyinin final mərhələsi keçirilib
İyunun 19-da Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Sağlam gənclik sağlam cəmiyyət” lahiyəsi çərçivəsində 1999-2000-ci il təvəllüdlülər arasında start verilmiş “Mini-futbol” birinciliyinin 24 iyun 2014-cü il tarixdə final mərhələsi keçirilib. Birincilikdə hər birində 12 nəfər olmaqla 10 komanda iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışda birinci yerə Biləcəri bələdiyyəsi, ikinciyə Binəqədi rayon bələdiyyəsi, üçüncüyə "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin komandası layiq görülüblər.

Sonda qalib komandalar kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.


Xəbər 894 dəfə oxundu.