Neymar: "Özümü yığmanın vacib oyunçusu hesab etmirəm"
Braziliya millisinin hücumçusu Neymar "DÇ-2014"də məğlub etdikləri Kamerunla oyundan sonra maraqlı fikirlər səsləndirib.

İspaniya mətbuatına danışan Neymar özünü Braziliya yığmasının ən vacib oyunçusu hesab etmədiyini bildirib:

"Mundialın 1/8 finalında Çili ilə oyuna böyük həvəslə çıxacağıq. Kamerunla oyunda qazandığımız qələbə (4:1) bizə əlavə güc verib. Mənə gəlincə özümü Braziliya millisinin vacib oyunçusu hesab etmirəm. Biz hamımız birik".

Qeyd edək ki, Braziliya yığması 1/8 finalda Çili millisi ilə qarşılaşacaq.

Xəbər 829 dəfə oxundu.